featured-image-27317

“Napoli”nin baş məşqçisi Luçano Spalletti İtaliya A seriyasında “Leççe” üzərində 2:1 hesablı qələbəni şərh edib. Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Viktor Osimhensiz onlar üçün çətin olduğunu deyib:

“Osimhen hər oyunda meydanda olmaq istəyir. Lakin elə vəziyyət olur ki, dərindən araşdırıb qərar verməlisən. O, ağır zədə alıb mövsümün sonuna kimi sıradan çıxa bilərdi. Həkimlər ona istirahət verməkdə haqlı idilər.

Görək, onun əzələləri bu yükləməyə necə reaksiya verəcək. Çünki Osimhen hələlik yalnız qaçış cığırında məşğul olub.

Viktorsuz bizə çətindir. Onun boş zonaya qaça bilmək kimi xüsusi özəlliyi var. Öz üzərinə bütün rəqibləri toplayıb komanda yoldaşları üçün boş zona aça bilər”.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər