"Ötən il ərəblər 2,5 milyard avro təklif etdi" - "Napoli"nin prezidenti
“Napoli”nin prezidenti Aurelio De Laurentis Ərəb fondarından birinin klubu satmaq üçün ona müraciət etdiyini xatırlaylb. Msport.az xəbər verir ki, İtaliya klubunun rəhbəri bu təklifdən boyun qaçırıb:
“Mən heç bilmək istəmirən, “Napoli”nin qiyməti nə qədərdir. Bu ailəyə məxsusdur və onu satmaq istəmirəm. Bilmirəm, ondan sonra nə edərdim? İngiltərə Premyer Liqasında klub almaq? Mən napolitanoluyam, mənə “Napoli”də yaxşıdır. Bütün bu təkliflər mənu narahat etmir. Ötən il Ərəb fondu 2,5 milyard avro təklif etdi, lakin imtina etdim”.
“Napoli”nin çempionluğu rəsmiləşdirməsinə bir neçə tur qalır. 74 xalı olan komanda ən yaxın izləyicisi “Latsio”nu 16 xal qabaqlayır.
ANAR ABDULLAYEV







