Oyun iki dəfə dayandı, “Ayaks” finala yüksəldi
Niderland kubokunda yarımfinal mərhələsinin oyunu keçirilib. Msport.az xəbər verir ki, “Feyenoord” öz meydanında “Ayaks”a 1:2 hesabı ilə məğlub olub.
62-ci dəqiqədə Klassenin başına yad əşya atıldığından hakim oyunu saxlayıb. “Ayaks”ın baş məşqçisi Con Heytinqa komandasını paltardəyişmə otağına aparsa da, sonradan matç bərpa olunub. Ümumiyyətlə, oyun iki dəfə dayandırılıb.
Matçın sonlarında “Ayaks”ın futbolçusu Kennet Teylor qırmızı vərəqə alsa da, qonaqlar hesabı qoruya bilib.
“Ayaks” finalda PSV ilə qarşılaşacaq.
“Feyenoord” – “Ayaks” 1:2
Ximenes, 45+2 – Tadiç, 14, Klassen, 51.
Qırmzı vərəqə: Teylor, 90+6.







