“Oyuna daha yüksək tempdə başlamağı planlamışdıq”
Oyuna heç də yaxşı başlamadıq”.
Msport.az xəbər verir ki, bunu “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu deyib.
O, Avropa Liqasının ilk turunun “Qarabağ”la matçında qazanılan 3:0 hesablı qələbəni şərh edib: “Brennan bizim üçün vacib oyunçudur. O, hücumda Son və Solanke ilə yaxşı çıxış etdi. Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq. Qırmızı vərəqəyə kimi biz ötürmələr passiv oynadıq və təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı. Bundan sonra reaksiyamız yaxşı oldu. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım”.
Qeyd edək ki, “Tottenhem” “Qarabağ”la qarşılaşmanın 7-ci dəqiqəsində azlıqda qalıb.