featured-image-22225

İngiltərənin səviyyəcə VI peşəkar liqasında çıxış edən “Tonton Taun” klubu ilə bağlı kuryoz hadisə yaşanıb.

Msport.az xəbər verir ki, komanda “İstbrun”la uzun səfər oyununa yollanarkən klubun mətbuat katibi avtobusda kadrları tarixin yaddaşına köçürmək istəyib. Bu zaman ortaya maraqlı foto çıxıb. Kamera müdafiəçi Cey Folstonu “Tinder”də (tanışlıq saytı) qızlara “like” qoyan yerdə tutub.

Klub oyun zamanı həmin fotonu paylaşaraq “Ümid edirik ki, Ceyin “Tinder”i xarüqələr yaradır, o, meydanda yaradan kimi” yazıb. Folston “Tonton”un səfər matçında 3:0 hesablı qələbə qazanmasına kömək edib. Oyundan sonra futbolçu bildirib ki, “Tinder” həqiqətən kömək oldu.

ANAR ABDULLYEV 

Bənzər xəbərlər