featured-image-82239

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə “Turan Tovuz”a uduzub – 1:2.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Filipe Kandido matçdan sonra oyunu dəyərləndirib:

“Nəticə oyuna görə olmadı. Biz bu oyunda xal və yaxud xallar qazana bilərdik. Nəticədən narazı qalsam da, komandamın oyunundan razıyam. İlk gəldiyim vaxtda oynadığımız oyunla müqayisədə oyundan-oyuna inkişaf edirik. Qarşıdakı matçlarda daha yaxşı olacağıq. Çox yaxşı qol epizodlarımız oldu. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Komandamda əsas çatışmayan cəhət budur. “Turan Tovuz” kimi çox yaxşı komandalara qarşı oynayırsansa, epizdoları vurmaq lazımdır. Bunu edə bilməyəndə, nəticə də belə olur”.

– Buraxdığınız ikinci qoldan sonra köməkçi məşqçilərinizlə hakimlər arasında mübahisə yarandı. Orada nə baş vermişdi?

– Karyeram ərzində heç vaxt hakimlər haqda danışmamışam. Qərarları qəbul edən hakimlərdir. Bəzən biz də bunu qəbul edirik. Bəzən isə qəbul etməsək də, hörmətlə yanaşırıq. Mən komandam haqda düşünürəm ki, necə daha yaxşı oynaya bilərik. Həmin epizodda isə sadə gərginlik oldu.

– İlk üç turda çempionluğa namizəd komandalarla oynadınız. Bunun nəticələrə təsiri oldu?

– Əvvəlcədən bilirdik ki, ilk oyunlarımız çətin olacaq. Şadam ki, oyundan-oyuna inkişaf etdik, yaxşı oyun göstərdik. Növbəti oyunumuz da vacibdir. “Şamaxı” da zəif rəqib deyil, hətta güclüdürlər. Ötən mövsüm bizimlə aşağı-yuxarı eyni mövqedə qərarlaşıblar. Bundan sonrakı bütün rəqiblərə qarşı daha yaxşı oynamağa çalışacağıq.

Bənzər xəbərlər