featured-image-28868

“Borussiya Dortmund” Almaniya Bundesliqasının 30-cu turunda “Bohum”la matçda (1:1) hakimliyin səviyyəsindən narazı qalıb.

Msport.az xəbər verir ki, qonaqların fikrincə, referi Saşa Şteqemann Adeyemiyə qarşı kobudluğa görə, meydan sahiblərinin qapısına penalti təyin etməyib.

“Borussiya”nın idman direktoru Sebastyan Kel oyunun taleyini hakimin həll etdiyini deyib: “Matçın taleyini hakim həll etdi. O, niyə qayda pozuntularını görmür? Halbuki risk altında çox şey var.

O, bizim paltardəyişmə otağına gəldi v açıq söhbətimiz oldu. Çox şey dinləməli oldu”.

Qeyd edək ki, “Borussiya” hazırda “Bayern”i 2 xal qabaqlayır. Lakin Münhen klubu öz oyununu bu gün keçirəcək.

ANAR 

Bənzər xəbərlər