"Öz kəndininin kralı olmaq daha yaxşıdır" - Nəsridən Mbappeyə
“Arsenal”, “Mançester Siti” və “Marsel”in keçmiş yarımmüdafiəçisi Samir Nəsri hesab edir ki, PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a getməməlidir.
Msport.az xəbər verir ki, veteran yarımmüdafiəçi bu barədə “Le Fiqaro” nəşrinə açıqlamasında deyib.
O bildirib ki, Mbappe getsə, Paris təmsilçisi zəifləyəcək: “Düzdür, klubun büdcəsini nəzərə alsaq, PSJ başqa futbolçuları da dəvət edə bilər. Amma onlar Mbappe olmayacaq, bu, aydındır. Bu gün Kilian klub və milli komanda üçün çox vacib fiqurdur. İki il əvvəl dediyim kimi, onu dünyanın ən yaxşı oyunçusu hesab edirəm. Mən hələ də belə düşünürəm. Onun yerində olsaydım, “Real”ın 50-ci Çempionlar Liqasını qazanmasına kömək etmək üçün Madridə getmək əvəzinə, PSJ-də qalardım. Mən orada oynayanda “Marsel” qətərli iş adamına, məxsus olsaydı, heç vaxt ayrılmazdım. İnanıram ki, öz kəndinin kralı olmaq daha yaxşıdır”.
Qeyd edək ki, 24 yaşlı Mbappe bu mövsüm Fransa çempionatında PSJ-nin heyətində 10 oyun keçirib, 10 qol vurub və bir məhsuldar ötürmə edib.