Ozan Can oynadı, komandası…
Niderland birinci divizionunda 6-cı turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” səfərdə “Alkmar”ın ikinci komandası ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.
Ozan da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.
“Eyndhoven” hazırda 8 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.