featured-image-23828

Futbol üzrə Niderland birinci divizionunda 26-cı turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qraafşap”la qarşılaşıb. Futbolçumuzun komandası 0:4 hesabıyla məğlub olub.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər