Ozan Canın komandasından heç-heçə
Niderland birinci divizionunda 8-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünün çıxış etdiyi “Eyndhoven” doğma meydanda “Dordrext”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Kökcü start heyətdə meydana daxil olub və sonadək oynayıb.
Hazırda “Eyndhoven” 11 xalla 9-cu, “Dordrext” 11 xalla 11-ci pillədə qərarlaşıb.







