featured-image-15896

Futbol üzrə Niderland birinci divizionunda 13-cü turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda PSV-nin ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 23 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər