Özbəkistan Olimpiya oyunlarının futbol yarışına vəsiqə qazandı
Özbəkistanın gənclərdən ibarət milli komandası Qətərdə keçirilən Asiya kubokunda finaya yüksəlib.
Msport.az xəbər verir ki, orta asiyalılar yarımfinalda İndoneziya yığması üzərində qələbə qazanıb – 2:0.
Özbəkistan komandası U-23-lər arasında keçirlən Asiya kubokunun finalında Yaponiya – İraq cütünün qalibi ilə qarşılaşacaq.
Bu nəticə sayəsində Özbəkistan tarixində ilk dəfə Olimpiya oyunlarına da vəsiqə qazanıb.