Özbəkistanlı futbolçu “Mançester Siti”də ilk qolunu vurdu
“Mançester Siti” İngiltərə Kubokunun 1\16 final mərhələsində “Leyton Orient” komandası ilə qarşılaşıb. Msport.az xəbər verir ki, “şəhərlilər” səfər matçında 2:1 hesabı ilə qələbə qazanıblar.
“Siti” 16-cı dəqiqədə hesabda geri düşsə də, 2 qol vuraraq əzmkar qələbə qazana bilib. Qonaqların heyətində ilk qolu yeni transfer özbəkistanlı Abdukodir Xusanov vurub. Bu, onun “Mançester Siti”də ilk qolu olub. İkinci qolu Kevin De Brüynü öz hesabına yazıb.