featured-image-28604

“Barselona” Roberto Firminonu transfer etməyəcək. Msport.az “Marca”ya istinadən xəbər verir ki, “Liverpul”u yayda azad agent kimi tərk edəcək braziliyalı futbolçu xidmətlərini Kataloniya klubuna təklif edib. Lakin “Barsa” rəsmiləri bu variantdan boyun qaçırıblar.

Nəşrin məlumatına görə, “Barselona” ümumiyyətlə, hücumçu almağı düşünmür. Komanda irəli xətti yalnız vingerlərin hesabına gücləndirə bilər.

ANAR 

 

Bənzər xəbərlər