featured-image-50961

Panama millisinin futbolçusu Roderik Miller “Turan Tovuz”u tərk edəcək.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı oyunçu karyerasını Avstraliyada davam etdirmək istəyir. Müdafiəçi bu ölkənin “Vestern Sidney Uonderers” komandasına keçəcək.

İddiaya görə, “Turan Tovuz” təcrübəli futbolçu ilə əməkdaşlığı davam etdirmək istəsə də, o, buna razı olmayıb.

Qeyd edək ki, Roderik Miller 2023-cü ilin mart ayından Tovuz təmsilçisinin formasını geyinir.

Bənzər xəbərlər