featured-image-31141

“Milan”ın əfsanəsi Paolo Maldini və onun sağ əli Riki Massara klubdan qovulublar. Msport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat verib.

Maldinin “Milan”ın sahibi Cerri Kardinale ilə görüşü çox gərgin keçib. Dünənki toplantı klubun gələcək strateji planlarını müəyyənləşdirməli idi. Lakin mənbənin sözlərinə görə, danışıqlar çox sərt formada keçib. Nəticədə, Maldini ilə Kardinale arasında münaqişə yaranıb. Bu görüşdən sonra Maldini və Massara postlarından uzaqlaşdırılıblar.

İtaliya mətbuatının yazdığna görə, veteran futbolçunun qovulması onun baş direktor Corcio Furlani ilə mübarizəsinin məntiqi sonluğu olub. Furlani Rafael Leaunun müqaviləsinin uzadılması məsələsində daha vacib rol oynayıb.

Maldini 2018-ci ildən klubun strukturunda təmsil olunurdu.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər