featured-image-68646

Paraqvaylı hücumçu Antonio Sanabriya karyerasını “Kremoneze” klubunda davam etdirəcək. Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu son olaraq İtaliyanın digər klubu “Torino”da çıxış edib.

O, ötən mövsüm A seriyasında 26 oyunda 2 qol vurub və bir məhsuldar ötürmə verib.

Forvard buna qədər  “Cenoa”, “Betis”, “Sportinq Xixon”, “Roma”, “Sasuolo” kimi klublarda çıxış edib.

17 yaşında Paraqvay millisində debüt edən Sanabriya komandanın aparıcı oyunçularındandır. O, yığmada 39 oyunda 6 qol vurub.

Bənzər xəbərlər