featured-image-51696

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.

Azərbaycan qılıncoynadanı Anna Başta da Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan start verib. Baştanın ilk rəqibi Çin idmançısı Yanq Henqyu olub. Sablyaçımız 15:9 hesabı ilə qalib gəlib.

O, 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) görüşəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.

Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.

Bənzər xəbərlər