featured-image-52295

Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.

Msport.az xəbər verir ki, bu gün qrup hərəkətləri üzrə komandaların təsnifat mərhələsi başa çatıb.

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi 14 iştirakçı arasında 8-ci yeri tutub. Bununla da yığmamız final mərhələsinə vəsiqə qazanıb.

Gimnastlarımız halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayıb. Yığmamız iki hərəkətin cəmində hesabını 62,000 xala çatdırıb.

Qeyd edək ki, təsnifat mərhələsinin 8 ən yaxşısı sabah baş tutacaq final raundunda iştirak edəcək. Həlledici mərhələ Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

———————————————–

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Msport.az xəbər verir ki, bədii gimnastika yarışlarının ikinci günündə qrup hərəkətləri üzrə komandalar mübarizəyə başlayıb.

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi iki hərəkətdə çıxışını yekunlaşdırıb.

Komandamız halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayıb. Yığmamız iki hərəkətin cəmində 62,000 xal yığıb. Xalça üzərinə ikinci çıxan gimnastlarımız 2-ci yerdədir.

Qeyd edək ki, təsnifat mərhələsində 14 yığma mübarizə aparacaq. İki hərəkətin cəmində ən yaxşı nəticəyə malik 8 komanda sabah keçiriləcək final raunduna yüksələcək.

—————————————————

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Msport.az xəbər verir ki, bədii gimnastika yarışlarının ikinci günündə qrup hərəkətləri üzrə komandalar mübarizəyə başlayıb.

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi də ilk hərəkəti yerinə yetirib. Komandamız halqalarla çıxış edib.

Yığmamız bu hərəkətə görə 33,850 xalla qiymətləndirilib. Xalça üzərinə ikinci çıxan gimnastlarımız 2-ci yerdədir. Komandamız ikinci hərəkəti 3 lent və 2 topla gerçəkləşdirəcək.

Qeyd edək ki, təsnifat mərhələsində 14 yığma mübarizə aparacaq. İki hərəkətin cəmində ən yaxşı nəticəyə malik 8 komanda sabah keçiriləcək final raunduna yüksələcək.

Bənzər xəbərlər