featured-image-51885

Azərbaycanın daha iki təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

Msport.az xəbər verir ki, cüdoçu Uşanqi Kokauri ilk görüşünü keçirəcək. 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşacaq.

Həmçinin batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova təsnifat mərhələsində qüvvəsini sınayacaq və finala vəsiqə qazanmağa çalışacaq.

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Komandamız eyni gündə əvvəlcə Avstraliya, ardınca isə Çin seçməsini sınağa çəkəcək.

Boksçu Murad Allahverdiyev (80 kiloqram) isə 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.

Bənzər xəbərlər