featured-image-52040

Polşalı kanoeçi Dorota Borovskaya Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Msport.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) dopinqdən istifadə üzündən kənarlaşdırılan idmançının cəzasını ləğv etməyə qərar verib.

Onun orqanizmində “klostebol” tapılıb. Borovskaya bunun krem vasitəsilə orqanizminə düşdüyünü iddia edib.

Avqustun 1-də kanoeçinin müvəqqəti kənarlaşdırılmasına qərar verilib. Bir neçə gün sonra isə CAS fikrini dəyişib.

Qeyd edək ki, kanoeçilərin yarışları sabah start götürəcək.

Bənzər xəbərlər