featured-image-51477

Paris Yay Olimpiya oyunlarında futbol yarışlarına start verilib. Msport.az xəbər verir ki, C qrupunda mübarizə aparan Özbəkistan və İspaniya komandaları “Park de Prens” stadionunda üz-üzə gəliblər.

Görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İspaniya millisinin heyətində “Almeriya”nın üzvü Mark Pubill və “Real Sosyedad”dan Serxio Qomes fərqlənib. Özbəklərin yeganə qolunu penalti ilə Eldor Şomurodov vurub.

B qrupunda çıxış edən Argentina və Mərakeş komandaları isə Sent-Etyendə qarşılaşıblar. Cənubi amerikalılar 90+16-cı dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıblar – 2:2. Qeyd edək ki, isveçli hakim Glenn Nyberg oyunun əsas vaxtına 15 dəqiqə əlavə edib.

Mərakeş komandasında “Əl Əyn”in hücumçusu Soffian Rahimi dubl edib. Argentinanın heyətində Culiano Simeone və Kristian Medina fərqləniblər.

Argentina (U-23) – Mərakeş (U-23) 2:2 

Qollar: Simeone, 68, Medina, 90+16 – Rahumi, 45+1, 51.

İspaniya (U-23) – Özbəkistan (U-23) 2:1

Qollar: Pubil, 29, Qomes, 62 – Şomurodov, 45+3.

Bənzər xəbərlər