Paris-2024: Olimpiya çempionu problemlə üzləşdi
Paris-2024 Yay Olimpiya Oyunlarında hündürlüyə tullanma yarışında iştirak edəcək italiyalı Canmarko Tamberi problemlə üzləşib.
Msport.az xəbər verir ki, atlet mübarizənin başlamasına 2 gün qalmış xəstəxanaya yerləşdirilib.
Buna idmançıda böyrək daşları olması şübhəsidir.
Tamberi baş verənlərə baxmayaraq yarışda iştirak edəcəyini bildirib: “Bunlara layiq deyiləm, Olimpiada üçün hər şeyi etmişəm. Oraya necə çatacağımı bilmirəm, amma tullanan sektorda olacağam. Vəziyyətimə baxmayaraq, son tullanışa qədər hər şeyimi verəcəm. Buna and içirəm”.
Qeyd edək ki, Tamberi Tokioda keçirilən son Olimpiya Oyunlarının qızıl mükafatçısıdır.