featured-image-51860

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında sabah batut gimnastikası keçiriləcək.

Msport.az xəbər verir ki, idmançıların təsnifat mərhələsində sıralama yeri müəyyənləşib.

Azərbaycan olimpiadalar tarixində ilk dəfə bu növdə təmsil olunacaq. Təmsilçimiz Selcan Maqsudova 14-cü çıxış edəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq təsnifat mərhələsində 16 gimnast yarışacaq. Onlardan ən yaxşı nəticə göstərən 8 idmançı final mərhələsinə yüksələcək. Medallar uğrunda həlledici yarış isə saat 15:50-də başlayacaq.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Bənzər xəbərlər