featured-image-51506

Paris-2024 Yay Olimpiya Oyunlarında kamandan oxatma yarışlarına start verilib.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Yaylagül Ramazanova da mübarizəyə qoşulub.

Bu gün qadınların yarışında sıralama turu baş tutub. 64 oxatan hədəfi 72 dəfə nişan alıb. Yaylagül bu atışlarda 647 xal toplayıb. O, 23 dəfə 10 xallıq atış edib ki, bunların 6-da ox hədəfin mərkəzinə düşüb. İdmançımız 39 yeri tutub.

Ramazanova 1/32 finalda 26-cı yeri tutan cinli Quxuan Anla qarşılaşacaq. Onun rəqibi mərhələni 656 xalla tamamlayıb. 1/32 finala iyulun 30-da start götürəcək.

Bənzər xəbərlər