featured-image-51743

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Msport.az xəbər verir ki, 200 m məsafəyə batterflyay üsulu ilə üzən idmançımız təsnifat mərhələsini adlaya bilməyib.

Buna onun yekun nəticəsi səbəb olub. Məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edən üzgüçümüz 27 iştirakçı arasında 25-ci olub, bir idmançı isə yarışa qatılmayıb. Yarımfinala 16 ən yaxşı idmançı yüksəldiyi üçün Ramil mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, təsnifatda ən yaxşı nəticəni macarıstanlı olimpiya rekordçusu Kşiştof Milak göstərib – 1 dəqiqə 53,92 saniyə.

—————————————

Paris-2024 Yay Olimpiya Oyunlarının üzgüçülük yarışları davam edir.

Msport.az xəbər verir ki, bu gün Azərbaycan üzgüçüsü Ramil Vəlizadə mübarizəyə qoşulub.

200 m məsafəyə batterflyay üsulu ilə üzən idmançımız təsnifat mərhələsində 1-ci qrupda çıxış edib. O, dörd iştirakçı arasında 2-ci olub.

Vəlizadə məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib. Matin Balsini (Qaçqınların Olimpiya Komandası) və Gerald Ernandesi (Nikaraqua) qabaqlayan üzgüçümüz Petar Petrov Mitsindən (Bolqarıstan) geri qalıb.

İdmançımızın taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək. Ümumilikdə yarışa qatılacaq 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.

Qeyd edək ki, batterflyayla 200 m məsafəyə üzməkdə yarımfinal mərhələsi də bu gün keçiriləcək. Bu raunda Bakı vaxtı ilə 22:42-də start veriləcək.

Bənzər xəbərlər