featured-image-52242

Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları start götürüb.

Msport.az xəbər verir ki, fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsində ilk hərəkətdə mübarizəyə başlayıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova topla bacarığını nümayiş etdirib. Onun çıxışı 30,200 xalla qiymətləndirilib. Gimnastımız artıq ilk hərəkəti yerinə yetirən 10 idmançı arasında 7-ci yerdədir.

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnast sabahkı finala vəsiqə qazanacaq.

Bənzər xəbərlər