featured-image-24718

“Bayern Münhen”in müdafiəçisi Dayo Upamekano bildirib ki, komandası PSJ üzərində qələbəni (2:0) böyük çətinlik çəkmədən qazanıb – 2:0.

Msport.az xəbər verir ki,  24 yaşlı futbolçu rəqibin öhdəsindən gəldiklərini deyib:

“Paris klubu bizə problemlər yarada bilmədi. Hər iki komandaya çətin olacağıını təxmin edirdik. Mən tez-tez Mbappeyə qarşı oynamalı olurdum və onu bağlamağa çalışırdım. Amma bu asan deyildi. Bilirdik ki, boş zonaları bağlamaq lazımdır.

Bu gün komanda oyunu göstərdik. Məşqçi xəbərdarlıq etmişdi ki, hazır olmalıyıq və biz hazır idik”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər