featured-image-52102

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının mükafatçıları ilə bağlı dəyişiklik edilib.

Msport.az xəbər verir ki, bu, atletika yarışlarında olub.

Qadınların 5000 m məsafəyə qaçışında gümüş və bürünc mükafatın sahibi ilə bağlı yeni qərar verilib. Məsələ ondadır ki, ikiqat olimpiya və dördqat dünya çempionu Keniya təmsilçisi Fait Çepnqetiç Kipyeqonun diskvalifikasiyası ləğv edilib.

O, Paris-2024-də ikinci yeri tutsa da, finişə iki dövrə qalmış efiopiyalı Qufaf Seqayın əlindən tutduğu üçün yarış bitən kimi nəticələri ləğv olunub. Bu üzdən gümüşü Sifan Hassana (Niderland), bürüncü Nadia Battoklettiyə (İtaliya) veriblər.

Sonradan Keniya idmançısının əczasının ləğvi məqsədəuyğun sayılıb. Nəticədə Kipyeqon gümüş, Hassan bürüncə sahib çıxıb. Battokletti isə medalsız qalıb.

Qeyd edək ki, bu proqramda digər keniyalı Beatris Çebet çempion titulunu qazanıb.

Bənzər xəbərlər