Parisdə kütləvi həbs – finala görə
Çempionlar Liqasının finalında PSJ-nin “İnter” üzərində 5:0 hesablı qələbəsindən sonra Parisdə fransalı azarkeşlər iğtişaş törədiblər.
Msport.az xəbər verir ki, iğtişaşlar əsasən şəhərin mərkəzində yaşanıb.
50-yə yaxın azarkeş avtobusların şüşələrini sındırıb. Bundan əlavə, Yelisey meydanında avtomobil yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb. Həmçinin bir neçə nəfər ayaqqabı mağazasına daxil olub və mağazaya zərər verib.
Port de Sen-Kluda da 2 avtomobil yanıb. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.
Son məlumatlara görə, polis bayram şənlikləri zamanı Parisdə 294 nəfəri həbs edilib.