Parisdə növbəti qızıl medal
Orxan Aslanov Paris-2024-də uğurlu çıxış ilə yadda qalıb.
Msport.az xəbər verir ki, Aslanov T13 kateqoriyasında uzunluğa tullanma yarışında qızıl medal qazanıb.
O, 7.29 metrlik göstərici ilə hamıdan güclü olub. Bu paralimpiya oyunlarında Orxanın 2-ci qızıl medalı olub. 29 yaşlı idmançımız Tokio-2020-də də qızıl medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın Parisdə qazandığı 9-cu medalı olub. İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva qızıl və gümüş (atletika), Orxan Aslanov,Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov (taekvondo), Vəli İsrafilov (üzgüçülük) isə bürünc medal qazanıb.