featured-image-32553

Türkiyənin “Adana Dəmirspor” klubu Patrik Kluyvertin baş məşqçi təyin olunduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, əfsanəvi futbolçu bu postda Vinçenco Montellanı əvəzləyib.

Qeyd edək ki, Kluyvert üçün bu, Tvente II, Ayaks U19 və Kurasao milli komandasındakı işindən sonra dördüncü baş məşqçi vəzifəsidir. O, Kamerun və Niderland yığmalarında da köməkçi kimi çalışıb. 2019-2021-ci illərdə isə Kluyvert keçmiş klubu “Barselona”nın gənclər akademiyasına rəhbərlik edib.

Royal Türksoy

Bənzər xəbərlər