featured-image-25570

75 yaşlı Roy Hocson “Kristal Pelas”ın baş məşqçi postuna qayıda bilər. Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, Patrik Vieyra istefaya göndərildikdən sonra klub bir çox variantları nəzərdən keçirir. Namizədlərdən biri də 2017-2021-ci illərdə komandaya rəhbərlik etmiş Hocsondur.

“Kristal Pelas” Münhenqladbax “Borussiya”sının sabiq baş məşqçisi Adi Hyütterlə də maraqlanır.

Klubun idarə heyətinin sədri Stiv Periş qarşıdakı matçda Patrik Makkartiyə şans verəcək. O, hələlik baş məşqçi səlahiyyətlərini yerinə yetirəcək.

Son 3 oyunda məğlub olan “Kristal Pelas” İngiltərə Premyer Liqasında 12-ci yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər