featured-image-30569

“Bayern Münhen”in müdafiəçisi Benjamin Pavard bu yay klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, Pavard Bundesliqa təmsilçisində xoşbəxt olmadığını rəhbərliyə bildirib. 27 yaşlı futbolçuyla “Real Madrid”, “Mançester Yunayted” və “Liverpul” maraqlanır.

Fransalının Münhen klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

Qeyd edək ki, Pavard cari mövsüm ərzində 42 matçda iştirak edib, 7 qol vurub və 1 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər