Pavloviç mübarizəsi qızışır
“Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavloviç Avropanın bir neçə Top-klubunun diqqət mərkəzindədir.
Msport.az xəbər verir ki, 22 yaşlı futbolçunu “Real”, PSJ, “Mançester Yunayted” və “Mançester Siti” transfer etmək istəyir.
“Şəhərlilər” onun keçidi üçün 100 milyon avro ödəməyə hazırdır. Pavloviç 2023-cü ilin noyabrından “Bavariya”nın formasını geyinir. Onun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir.
Almaniyalı futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.







