Paytaxt derbisində 1 qol
İngiltərə Premyer Liqasında 30-cu tur başa çatıb.
Msport.az xəbər verir ki, son turda “Çelsi” ilə “Tottenhem” qarşılaşıb.
London derbisinin taleyini 1 qol həll edib. Enzo Fernandes 50-ci dəqiqədə başla vurduğu qol sayəsində “Çelsi”yə 1:0 hesablı qələbə qazandırıb.
Qalibiyyət sayəsində “Çelsi” 52 xalla 4-cü pilləyə yüksəlib. “Tottenhem” isə 34 xalla 14-cüdür.