Paytaxt klubları milli üzvü uğrunda yarışır
“Arsenal” və “Çelsi” Premyer Liqanın digər təmsilçisi “Nyukasl”ın hücumçusu Entoni Qordona maraq göstərirlər.
Msport.az xəbər verir ki, London klubları İngiltərə millisinin forvardı uğrunda gərgin mübarizə aparır.
“Sağsağanlar” da 24 yaşlı oyunçusunu sərfəli təklif qarşılığında satmağa hazırdır. “Nyukasl” Qordonun transferindən 95 milyon avroluq qazanc götürməyi planlaşdırır.
Qeyd edək ki, Entoni Qordon 2023-cü ilin yanvarından “Nyukasl”da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 41 oyunda 9 qol vurub, 7 məhsuldar ötürmə verib.