Paytaxt klubu 16 yaşlı futbolçu ilə müqavilə imzaladı
“Çelsi” 16 yaşlı futbolçu Kalvin Diakite ilə peşəkar müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.
London klubu Kalvin ilə müddəti 2028-ci ilin yayına kimi olan sözləşmə imzalayıb.
Diakite “Çelsi”nin U-18 və U-21 komandalarında çıxış edir.







