featured-image-63574

“Mançester Yunayted”in hücumçusu Antoni İspaniyada qala bilər.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu La Liqanın iddialı klublarından “Atletiko”nun maraq dairəsinə düşüb.

Madrid təmsilçisi onun hazırda icarə əsasında oynadığı “Betis”dəki performansından təsirlənib. Paytaxt klubu bu keçid müqabilində ingilislərə 75 milyon avro ödəməyə hazırdır. Bunun 45 milyon avrou transfer keçidi, 30 milyonu isə bonus kimi nəzərdə tutulub.

Qeyd edək ki, 25 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər