featured-image-39437

İtaliya millisinin futbolçusu Çiro İmmobile “Latsio”da yeni uğura imza atıb.

Msport.az xəbər verir ki, hücumçu buna Niderland “Feyenoord”una 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup oyununda nail olub.

Görüşdəki yeganə qolun müəllifi olan forvard romalıların heyətində bütün turnirlərdə 200-cü dəfə fərqlənib.

O, paytaxt təmsilçisində bu həddə çatan ilk oyunçudur.

Bənzər xəbərlər