Paytaxt klubunda 6 illik müqavilə
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, Lodon klubu “İpsviç”in hücumçusu Liam Delapı transfer edib.
22 yaşlı forvard yeni komandası ilə 6 illik müqavilə imzalamağa razılıq verib. “Zadəganlar” transfer qarşılığında “İpsviç”ə 30 milyon funt-sterlin ödəyəcək.
Qeyd edək ki, Delap ötən mövsüm Premyer Liqada 37 oyunda 12 qol vurub.