featured-image-62289

“Arsenal” mərkəz müdafiəçisi Uilyam Salibaya yeni müqavilə hazırlayır.

Msport.az xəbər verir ki, 23 yaşlı futbolçunun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədərdir.

Londonlular fransalı oyunçunun müqaviləsini yeniləmə prosesini sürətləndirib. Buna səbəb Salibaya “Real”ın maraq göstərməsidir. “Topçular” müdafiəçini klubun ən yüksək maaş alan oyunçularından birinə çevirmək niyyətindədir. Belə ki, “Arsenal” oyunçunun həftəlik maaşını 250 min funt-sterlinqə qədər artırmağa hazırdır.

Qeyd edək ki, Saliba 2019-cu ildən formasını geyindiyi “Arsenal”da indiyə qədər 119 matça çıxıb, 7 qol vurub, 2 assistlə yadda qalıb.

Bənzər xəbərlər