featured-image-24060

Formula 1 İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem” futbol klubuyla onun stadionu ilə bağlı əməkdaşlığa başladığını elan edib.

Msport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, tərəflər 15 il müddətinə tərəfdaşlıq müqaviləsi bağlayıblar.

Bu ilin payızında əməkdaşlıq çərçivəsində “Tottenhem”in stadionunda dünyanın ilk kartinq mərkəzi açılacaq. Bundan əlavə, arenada müxtəlif interaktiv avtoidman tədbirləri keçiriləcək.

“Biz bütün dünyada idmanımızı inkişaf etdirməyə davam etdikcə, “Tottenhem” kimi qlobal brendlə əməkdaşlıq bizə F1 və motor idmanını yeni auditoriyaya çatdırmağa imkan verəcək. Kartinq mərkəzi ailələrin, dostların və dünyanın hər yerindən gələn yarışçıların getmək istəyəcəyi yer olacaq” – deyə, Formula 1-in rəhbəri Stefano Domenikali bildirib.

Bənzər xəbərlər