featured-image-67477

“Roma” heyətinə yeni oyunçu cəlb edib.

Msport.az xəbər verir ki, İtaliya klubu “Lans”dan Nel El-Aynauni ilə güclənib.

“Canavarlar”ın rəsmi saytı 24 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilədək müqavilə imzaladığını rəsmən açıqlayıb. Fransalı futbolçu yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək. “Roma” bu transfer üçün 25 milyon avro ödəyəcək.

Qeyd edək ki, Neil El-Aynaui ötən mövsüm “Lans”ın heyətində 26 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini edib.

Bənzər xəbərlər