Paytaxt klubunun azarkeşləri etiraz aksiyası keçirəcəklər
“Çelsi” azarkeşləri klub sahiblərinə qarşı etiraz aksiyası keçirməyi planlaşdırır.
Msport.az xəbər verir ki, azarkeşlər Roman Abramoviçin gedişindən sonra transfer siyasətindən narazıdırlar.
Onlar fevralın 23-də “Sauthempton”la ev oyunundan əvvəl hazırkı sahiblər Todd Bouli və Klirleykə qarşı etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Əsas diqqət klubun futbolçu seçimindən narazılıqlara yönələcək. Ən azı 200 azarkeşin “Stemford Bric” yaxınlığında bannerlər nümayiş etdirəcəyi gözlənilir. Stadionda aksiyanın davam etdirilməsi nəzərdə tutulmur.
Abramoviçin rəhbərliyi altında klubun qazandığı 21 kuboku əsas gətirən azarkeşlər dərhal uğur tələb edirlər.