Paytaxt klubunun istədiyi mərakeşli
“Latsio” PSV-nin futbolçusu İsmael Saibari Ben El Basranı heyətinə qatmağı planlaşdırır.
Msport.az xəbər verir ki, A seriyasının təmsilçisi mərakeşli yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib.
24 yaşlı futbolçu özü İtaliya klubuna keçməyə müsbət yanaşır. Sadəcə “Latsio” PSV-nin tələb etdiyi 30 milyon avroluq təzminatı ödəməlidir.
Mərakeş millisinin üzvünün PSV ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.