İtaliyanın “Roma” klubu futbolçusu Rik Karsdorp ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, niderlandlı oyunçu 2017-ci ildən paytaxt təmsilçisinin formasını geyinirdi.