featured-image-19961

Futbol kralı Pelenin vida mərasimində iştirak etməyən Braziliyanın keçmiş və indiki oyunçuları sərt tənqidlərə məruz qalıblar.

Msport.az xəbər verir ki, azarkeşlər sosial şəbəkələrdə kədərləndiklərini bildirən, lakin əfsanəvi hücumçu ilə vida tədbirinə qatılmayanlardan narazıdırlar.

Ən çox tənqidə məruz qalanlardan biri Neymardır. Braziliya millisinin 31 yaşlı lideri  Pele ilə bağlı paylaşımında vida mərasiminə qatılmadığı üçün mənfi rəylər alıb.

Braziliya millisinin sabiq oyunçusu Kakanın da dəfndə iştirak etməməsi fanatları qəzəbləndirib.

Bundan əlavə, Ziko, Romario, Ronaldo, Ronaldinyo və bir sıra digər məşhur futbolçular da eyni səbəbdən tənqid ediliblər

Bənzər xəbərlər