featured-image-24248

Futbol kralı Pelenin qızı Keli Nasimentu atası ilə bağlı xatirələrini bölüşüb. Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, o, əfsanəvi futbolçunun Argentinanın dünya çempionu olmasını istədiyini deyib. Kelli Messinin xanımı Antonella ilə fotosunu instaqramda paylaşaraq yazıb:

“Bu gözəl və cazibədar Antonelladır, Messinin həyat yoldaşı. Messi ilə görüşmək imkanım olmayıb, ona görə də bu mesajı onun vasitəsi ilə göndərirəm.

Braziliya Xorvatiyaya uduzanda atamın vəziyyəti bir az da ağırlaşdı. Hamı istəyirdi ki, Braziliya bu kuboku atamın xatirinə qazansın. Braziliyanın məğlubiyyətindən sonra atamı xəstəxanada görən hər kəs soruşurdu, “Nə oldu, Pele? Sən indi kimin qələbəsini istəyirsən? Əlbəttə ki, Argentinanın yox”!

Atam belə cavab verirdi: “Bəli, Argentinanın! Bu kubok Cənubi Amerikada qalmalıdır. Messi isə buna layiqdir”. Onların reaksiyasını görmək lazım idi: “Dəhşət! Necə yəni Argentina”? Pele qısaca cavab verirdi ki, “Bəli, Messi buna layiqdir”.

O, final vaxtı televizora baxa bilmədi. Amma başa düşdü ki, Argentina qalib gəlib və Messi kuboku qaldıra bildi. Atam buna çox şad idi”.

Xatırladaq ki, Pele ötən il dekabrın 22-də 82 yaşında vəfat edib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər